Güclü leysan Balakəndə əkin sahələrinə ziyan vurub, 700-dək həyətyanı təsərrüfatı su basıbbackend

Güclü leysan Balakəndə əkin sahələrinə ziyan vurub, 700-dək həyətyanı təsərrüfatı su basıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii fəlakət nəticəsində kənddə olan yüzlərlə evə təbii qazın və elektrik enerjisinin verilişi qismən dayandırılıb, Azertac xəbər verir.
Balakən rayon fövqəladə hallar komissiyası bildirib ki, təbii fəlakət nəticəsində Püştətala kəndinin ərazisində də həyətyanı təsərrüfatları su basması müşahidə olunur.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub, Dəli çayın üzərindəki piyada keçidlərini sel yuyub aparıb.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir, komissiya bildirib.

İnterpress.az