“Ölkə.Az”ın məlumatına görə, Sabunçu qəsəbəsi, Bünyadzadə küçəsi 25-də yerləşən marketlər şəbəkəsinin filialından boş kassa aparatı oğurlanıb.
Naməlum oğrular zənn ediblər ki, kassada pul var və kassanı pullar qarışıq oğurlamaq qərarına gəliblər. Ancaq marketin əməkdaşlarının verdiyi izahatda məlum olub ki, aparat boş olub.
Faktla bağlı Sabunçu RPİ-də araşdırmalara başlanılıb.
İnterpress.az