Hicabsız iranlı qadın metroda polisləri təpiklədi – VİDEObackend

Hicabsız iranlı qadın metroda polisləri təpiklədi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda hicabsız qadınla polislər arasında qarşıdurma yaranıb.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Tehrandakı metro stansiyasında baş verib. Belə ki, metronun “Darvaze Doulat” stansiyasında hicabsız qadın sərnişinlə üç qadın polis arasında insident yaşanıb.

Qarşıdurmanın polislərin qadına \”Niyə hicab geyinməmisiniz? sualından sonra baş verdiyi bildirilir. Bundan əsəbləşən hicabsız qadın polis nəfərlərinə hücum etməyə başlayıb.

\”Sizin nə işinizə qalıb ki, mən niyə hicabsızam? Mən buna görə sizə hesabat verməli deyiləm. Siz mənim valideynlərim deyilsiniz ki, mənim şəxsi işlərimə qarışasınız. Rədd olun, əl çəkin məndən. Özüm bilərəm nə geyinərəm, nə geyinmərəm\” – deyə, hicabsız qadın metro polislərinə bildirib.

İnterpress.az