FİFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcəkbackend

FİFA dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un \”The New York Times\” nəşrinə istinadən verdiyi məlumata görə, bu məbləğ 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialın qazancından 1,3 milyard dollar çoxdur.

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin, FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək.

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

İnterpress.az