Bakıda boya sexi yanır.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.
Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Yanğın məhdudlaşdırılıb. Nazirlikdən bildirilib ki, ətraf ərazilərə təhlükə yoxdur.
İnterpress.az