Bu barədə \”RİA Novosti\” məlumat yayıb.
\”Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün öz vəzifəmi tərk edirəm\”, – o, keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, G.Kvirikaşvili etirazlar fonunda vəzifəsindən getməyəcəyini bildirmişdi.
Qeyd edək ki, G. Kvirikaşvili 2015-ci ilin dekabrın 30-dan baş nazir vəzifəsində çalışır. Buna qədər o xarici işlər, baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri olub.
Gürcüstan Konstitusiyasına əsasən baş nazirin istefasından sonra hökumətin səlahiyyətlərinə xitam verilir.
İnterpress.az