Ərdoğandan Putinə təklifbackend

Ərdoğandan Putinə təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində bildirib.

\”Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbəti mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”, deyə Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükü ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır. Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”. (apa)

İnterpress.az