İmişli karxanasında bədbəxt hadisəbackend

İmişli karxanasında bədbəxt hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Şahverdili kəndi ərazisində, Araz çayının üzərində yerləşən qum-çınqıl karxanasında ölüm hadisəsi qeydə alınıb.

İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlunun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az