“Son zəng” günü şagirdlər arasında dava, bıçaqlanan varbackend

“Son zəng” günü şagirdlər arasında dava, bıçaqlanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Şirvan bürosunun məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

İnterpress.az