Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 16-da Samux rayonunun Ağasıbəyli kəndi ərazisində kənd sakini Rəşad Məhərrəmov münaqişə zəminində həmkəndlisi İntiqam Əhmədovu bıçaqla qətlə yetirib.
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məhərrəmov saxlanılıb.
İnterpress.az