İnterpress.az xəbər verir ki, bununla əlaqədar yayımlanan bəyanatda bu səviyyədə beynəlxalq tədbirlərin terrorçular üçün cəlbedici hədəf olduğu bildirilib:
“Dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, terrorçular stadion, fan-zona, vağzal və digər ictimai yerlərə hücumlar təşkil edə bilərlər”.
Bundan əlavə, ABŞ vətəndaşlarının Rusiyada hüquq-mühafizə orqanları və digər vəzifəli şəxslər tərəfindən kələk və şantaja məruz qala biləcəkləri ehtimalının olduğu da xatırladılıb.
Qeyd edək ki, ABŞ millisi 14 iyun – 15 iyulda Rusiyada təşkil ediləcək dünya çempionatına vəsiqə qazanmayıb. Lakin əcnəbilər arasında mundila ən çox, yəni 86 min bileti məhz ABŞ vətəndaşları alıblar.(“Report”)
İnterpress.az