İnterpress.az xəbər verir ki, bununla bağlı yüzlərlə insan küçələrə çıxıb.
“Makedoniya yunandır” şüarı səsləndirən qrup “Makedoniyadan əlinizi çəkin” pankartları daşıyıblar.
Sintaqma meydanındakı Məclisin önünə toplaşan etirazçılar iki hökumətin anlaşmasına etiraz edib, Məclis binasına girməyə çalışıblar. Ancaq polis onların geri çəkilməsi üçün bibər qazından istifadə edib.
Makedoniya müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri Yunanıstanla davam edən ad problemi səbəbindən Avropa İttifaqı və NATO-ya daxil ola bilmir. (oxu.az)
İnterpress.az