Türkiyədə hündürmərtəbəli otelin 16-cı mərtəbəsindən küçələrə pullar səpələnib.
İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Taksim meydanı yaxınlığında baş verib. Belə ki, otel kimi fəaliyyət göstərən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən pulların aşağı səpələnməsi diqqəti çəkib.
Qısa zaman ərzində pulların səpələndiyi insan izdihamı ilə müşahidə olunub. Şəhər sakinlərinin hadisə yerinə axışması meydanda nəqliyyat vasitələrinin hərəkətini iflic edib. Təxminən, 2 saata yaxın böyük bir tıxac əmələ gəlib.
Çin pul vahidi olan Renminbinin oteldə qalan çinli milyarderlər tərəfindən səpələndiyi bildirilir. Polislərin müdaxiləsindən sonra pulların səpələnməsi dayandırılıb.
İlkin ehtimala görə, oteldə qalan iki çinli milyarder arasında mübahisə yaranıb. Onlardan biri çamadandakı pulları otelin eyvanından aşağı atmağa başlayıb.
Hazırda çinli milyarderlər polis tərəfindən dindirilir.
İnterpress.az