İnterpress.az xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Kan Qön Xva bəyan edib.
Lakin bunun üçün Cənubi Koreya həm Şimali Koreya, həm də ABŞ-la danışıqlar aparmalıdır:
“Düşünürəm ki, biz ABŞ və Şimali Koreya ilə məsləhətləşib, müsbət nəticə əldə etməliyik. Amma Cənubi Koreya müharibənin sona çatması vaxtı və formatı barədə qərarlıdır” – nazir bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri və Koreya Respublikası prezidenti apreldə ilk görüşləri zamanı birlikdə deklarasiya imzalayıblar. Həmin deklarasiyanın bəndlərindən biri 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin izalanmasıdır. (modern.az)
İnterpress.az