İnterpress.az report-a istinadən xəbər verir ki,qitə çempionatının ikinci yarış günündə kişilər arasında şpaqa və qadınlar arasında rapirada qaliblər müəyyənləşib.
Azərbaycanı şpaqada təmsil edən Kənan Əliyev turnirə uğurlu start verib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan idmançı birbaşa 1/32 final mərhələsinə vəsiqə qazanıb.
O, bu mərhələdə Angel Fabreqata 15:12 hesabı ilə qalib gəlib. K.Əliyev 1/16 finalda ispan şpaqaçı Qabriel Ciminiyə 9:15 hesabı ilə məğlub olub və 104 idmançı arasında 25-ci yeri tutub.
Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
İnterpress.az