Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın söndürülüb.
Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
*** 10:00
Bakının Nərimanov rayonunda yerləşən “Dərnəgül bazarı” kimi tanınan tikinti materialları satıldığı bazarda yanğın baş başlayıb.
İnterpress.az xəbər verir ki, yanğın səhər saatlarında başlayıb. Yanğın nəticəsində 10-dan çox mağazanın yandığı bildirilir.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 20-yə yaxın yanğınsöndürən maşını və onlarla işçi heyyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq işlər görülür.
Qeyd edək ki, yanğının hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.
Səid Qərib
İnterpress.az