Ramazan bayramı münasibəti ilə babasını ziyarət etmək üçün kəndə gedən azyaşlı qız yoxa çıxıb.
İnterpress.az Türkiyə KİV-nə istinadə xəbər verir ki, Türkiyənin Ağrı vilayətində itkin düşən 3 yaşlı Leylanın axtarışları davam etdirilir.
Ramazan bayramı münasibəti ilə valideynləri ilə birlikdə babasını ziyarət etmək üçün Ağrı vilayətindəki Bezirhane kəndinə gedən 3 yaşlı Leyla valideynlərinin gözündən yayınaraq yoxa çıxıb.
5 gündür axtarışları davam etdirilən Leylanın anası deyir ki, onu oğurlayıblar: \”Qızımı 90 faiz oğurlayıblar. Qızım naməlum şəxslər tərəfindən oğurlanıb\”.
Qeyd edək ki, 3 yaşlı Leylanın axtarışları üçün sıravi şəxslər də könüllü olaraq cəlb olunub.
İnterpress.az