\”Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq\”.
İnterpress.az xəbər verir ki, bunu \”Qarabağ\”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Sloveniya \”Olimpiya\”sı barədə danışarkən deyib.
46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasını analiz etməyə başlayacaqlarını açıqlayıb: \”Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü\”.
Qeyd edək ki, ilk oyun 10-11 iyulda Lyublyanada, cavab görüşü 17-18 iyulda Bakıda keçiriləcək.
İnterpress.az