Leyla Cəmil qızı Axundzadə 21 iyun 1953-cü ildə Moskvada anadan olmuşdur. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix Fakültəsinin Sənətşünaslıq şöbəsini bitirmişdir.
1984-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. 1975-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Təsviri sənət şöbəsində elmi işçi, 1990-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi kafedrasının müdiri, 2000-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri və professoru, 2006-2010-cu illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışmışdır.
1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 2000-ci ildə “Zamanın Qanadları” Yaradıcılıq Assosiasiyasını yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Leyla Axundzadənin iştirak etdiyi əsas beynəlxalq konfranslar və simpoziumlar:
1999- “Türk xalqlarının incəsənəti”, Türkiyə (Sparta)
2002- “Mədəni müxtəliflik”, Fransa (Strasburq)
2003- “Karvansaray”, Gürcüstan (Tbilisi)
2004- “Qonşuların dialoqu”, İtaliya (Venesiya)
2005- “Yeni ideyalar”, Serbiya (Belqrad)
Leyla axundzadənin təşkil etdiyi əsas sərgilər
1998- “Azərbaycan rəngkarlığı” ABŞ, Vaşinqton, Ümumdünya Bankının Rəsm Qalereyası
2002- “Oriyentalizm daxildən və xaricdən” Beynəlxalq sərgi, Azərbaycan, Bakı
2003- “7+7” Beynəlxalq sərgi, Azərbaycan, Bakı
2003- “Alüminium” I Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2005- “Alüminium” II Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2007- “Alüminium” III Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2009- “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
2005- “Metabəstəkarlar birliyi”, Moskva rəssamlarının sərgisi, Azərbaycan, Bakı
2005- “Simalar” adlı XX əsr fotoqrafiya sərgisi, Azərbaycan, Bakı
2006- “Azərbaycan rəssamlarının sərgisi” Rusiya, Moskva (Dövlət Müasir İncəsənət Muzeyi)
2005- “Qadın. Müharibə.Sülh” adlı Beynəlxalq təsviri sənət sərgisi UNİFEM-in xüsusi proqramı çərçivəsində
2007- “52-ci Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya
2009- “53-cü Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya
Leyla Axundzadə respublikada və xaricdə çap olunmuş 40-dək elmi məqalənin, dərs proqlamlarının müəllifidir. (modern.az)
İnterpress.az