Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.
Maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
İnterpress.az