Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı – 1 yaşlı Məryəm Hüseynovanı vurub.
Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
İnterpress.az