\”Report\”un Mərkəzi Aran bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü yerli sakin Hacıyev Murad İlkin oğlu Atakişili kəndində tonqal qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb.
Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
İnterpress.az