İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Məlumata görə, həyata keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatının 24 silahlısı məhv edilib.
Əməliyyatlar zamanı PKK-ya məxsus çoxlu sayda silah-sursat, tank əleyhinə qumbaralar ələ keçirilib.
Qeyd olunur ki, PKK silahlılarına qarşı əməliyyatlar davam etdiriləcək.
İnterpress.az