Qaynarinfo Gizmodo-ya istinadən xəbər verir ki, bu barədə \”Blue Origin\”in vitse-prezidenti Rob Meyerson məlumat verib. O, tezliklə ilk sərnişini yola salmağa hazırlaşdıqlarını, biletlərin 2019-cu ildə satışa çıxarılacağını deyib. Bilet qiyməti barədə açıqlama verilməyib, lakin bir nəfər üçün məbləğin 50 min-250 min dollar arasında olacağı təxmin edilir.
Səyahət \”New Shepard\” kapsulası vasitəsilə həyata keçiriləcək. \”New Shepard\” \”NASA\”-nın \”Mercury\” kapsulasından 10 dəfə böyükdür. Səyahət Yer atmosferi ilə kosmosu ayıran Karman xəttinə qədər nəzərdə tutulub, daha sonra isə paraşütlə Texas səhrasına eniş həyata keçiriləcək.
İnterpress.az