Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə yeni layihə – “Vətən əsgəri” marşıbackend

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə yeni layihə – “Vətən əsgəri” marşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, musiqisi Xalq Artisti, bəstəkar Faiq Sücəddinova, sözləri Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaniyə aid olan layihənin ideya müəllifi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Alışanov, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Etibar Babayev, rejissoru Elnur Məmmədov, musiqi redaktorları Nigar Qarayeva və Riad Quliyevdir. Layihə Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşkilatçılığı ilə reallaşıb.

“Vətən əsgəri” marşı AzTV-nin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri və Cahangir Cahangirov adına Xorun müşayiəti ilə lentə alınıb. Layihənin səs rejissoru Faiq Babayevdir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş layihə ilə bağlı Ramil Qasımov fikirlərini bölüşüb: “Azərbaycan Ordusu ilə hər birimiz qürur duyuruq. Ordumuz Ali Baş Komandan İlham Əliyevin sayəsində güclü və qüdrətlidir. Biz müstəqil dövlətdə yaşamağımızdan qürur duyuruq, xalqımız Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanları unutmur, onları yad edir. Bu qürur hissini isə bizə qüdrətli Azərbaycan və onu qoruyan güclü ordumuz yaşadır. Azərbaycan Ordusu müstəqilliyimizin qarantıdır. Yeni lentə aldığımız “Vətən əsgəri” marşı, zənnimcə, ordumuzun 100 illiyinə töhfələrdən biri olacaq. Belə bir gün münasibətilə layihə hazırlamaq mənim üçün böyük şərəfdir. Layihənin gerçəkləşməsində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Əlbəttə ki, hər kəsi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edirəm. Hər zaman güclü və qüdrətli ol, Azərbaycan Ordusu”.

Qeyd edək ki, “Vətən əsgəri” layihəsi iyunun 26-dan etibarən AzTV və “Mədəniyyət” kanalında nümayiş olunacaq.

İnterpress.az