Tramp Ərdoğanla görüşə hazırlaşır – Ağ Ev sözçüsübackend

Tramp Ərdoğanla görüşə hazırlaşır – Ağ Ev sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə ABŞ arasında münasibətlərin daha da möhkəmlənməsi üçün hər iki ölkənin liderləri arasında təşkil olunacaq görüş üzərində çalışırıq.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri Ağ Evin nümayəndəsi Sara Sanders brifinq zamanı səsləndirib.

Ağ Ev sözçüsü bildirib ki, ABŞ prezidenti Donald Tramp Türkiyədə keçirilən prezident seçkilərində növbətə dəfə qələbə qazanan Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir.

\”Görüşün nə zaman baş tutacağı hələ ki planlaşdırılmayıb. Amma çox güman ki, yaxın günlərdə liderlərin görüşü reallaşa bilər. Görüşün məqsədi hər iki ölkə arasındakı mövcud əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir\” – deyə, Ağ Evin nümayəndəsi Sara Sanders deyib.

Səid Qərib
İnterpress.az