Kılıçdaroğlu Ərdoğanı təbrik etməyəcəkbackend

Kılıçdaroğlu Ərdoğanı təbrik etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”AzVision.az\”a istinadla xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) CHP-yə görə 7 xal itirdiyini deyən Kılıçdaroğlu, bunun asanlıqla əldə ediləcək uğur olmadığını bildirib və bir növ CHP-ni uduzmuş hesab etmədiyinə eyham vurub.

Jurnalistlərin \”Muharrəm İncə səsvermə prosesində hiylə işlədildiyini deyib, buna münasibətiniz necədir\” sualına isə Kılıçdaroğlu \”Seçki qutusunda yox, demokratiyada hiylə var\” cavabını verib.

CHP sədri prezident seçkilərində qələbə qazanan Rəcəb Tayyip Ərdoğanı təbrik etməyəcəyini deyərək onu sərt tənqid edib: \”Demokratiyaya inanmayan, məhkəmə, qanunverici və icra orqanlarını özünə tabe edən, \”tək adam\” rejimini müdafiə edən insan təbrik edilməz. Bir diktatorun nəyini təbrik edəcəyəm?!\”

İnterpress.az