İnterpress.az xəbər verir ki, Ağdam klubu fransalı futbolçu Abdulla Zubiri heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.
Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib.
“Qarabağ”ın 26 yaşlı transferi “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.
Qeyd edək ki, \”transfermarket\”ə görə Zubirin qiyməti 1 milyon avrodur.
İnterpress.az