İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi 5 ünvanında (MVVL Verius Pradium) şirkəti tərəfindən inşa edilən çoxmərtəbəli binada işləyən 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 13-cü mərtəbədən yıxılıb. O, hadisə yerindəcə keçinib.
Bildirilir ki, vəfat edən şəxs adı qeyd edilən şirkətdə elektrik işləyirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İnterpress.az