İnterpress.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “BusinessInsider” nəşri yazır. Nəşrin məlumatına görə, şirkətin investorları Zukerberqin sosial şəbəkəni idarə etməsindən narazıdırlar. Onların sözlərinə görə, şirkət 2012-ci ildə hərraca çıxandan bəri heç bu qədər qəzəbli olmayıblar.
Qeyd edək ki, sosial şəbəkə platformasından ABŞ-da seçkilərə təsir etmək üçün istifadə edilməsi, istifadəçilərin məlumatlarını qanunsuz toplamaqla bağlı yaranan qalmaqallardan sonra narazı səhm sahiblərinin sayı daha da artıb.
İnvestorlar açıq çəkildə Zukerberqin istefasını, onun yerinə müstəqil icraçı direktorun gətirilməsini tələb edirlər.
İnterpress.az