6 nəfər ölüb, 20 nəfər yaralanıb – Afrində partlayışbackend

6 nəfər ölüb, 20 nəfər yaralanıb – Afrində partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Hələb əyalətinin Afrin şəhərində baş verən partlayışlar nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrinin mərkəzində bomba yüklənmiş iki avtomobil partladılıb.

Partlayışın səbəbi araşdırılır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı nəticəsində martın 18-də Afrini terrorçu PKK/YPG-PYD qruplaşmasından azad edib.

İnterpress.az