İnterpress.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
Yüksək çinli zabiti Pxenyanda, hərbi akademiyanın ərazisində güllələyiblər. O, “səlahiyyətlərini aşmaqda”, “düşmənə vasitəçilik etməkdə” və “kompartiyaya qarşı fəaliyyətdə” təqsirli bilinib.
Nəşrin məlumatına görə isə, əsl səbəb generalın tabeçiliyində olan hərbçilər və onların ailələlərinə əlavə ərzaq azuqələri verməsidir. Hərbi xidmətçilər əlavə bir neçə ton yanacaq, 580 kiloqram izafi düyü və 750 kiloqram izafi qarğıdalı ilə təmin olunub. Bu isə Kim Çen Inın hiddətinə səbəb olub. ( oxu.az )
İnterpress.az