İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, meyiti tapılan şəxs Sabit Qazıyevdir.
O, gecə saat 3 radələrində Şəhid Münür küçəsi, Kofalı yaşayış massivində tək yaşadığı həyət evində ölmüş vəziyyətdə tapılıb.
\”Mərhumun meyiti müayinə üçün Lefkoşa Dr. Burhan Nalbəndoğlu Xəstəxanasına təhvil verilib. Meyit üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməyib”, – deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az