Dərsdən sonra valideynlərinə kömək üçün çobanlıq edirdi – İntihar edən məktəblinin müəllimi danışdıbackend

Dərsdən sonra valideynlərinə kömək üçün çobanlıq edirdi – İntihar edən məktəblinin müəllimi danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonu Babı kənd tam orta məktəbin 9-cu sinif şagirdi Abuzər Qasımovun intihar etməsinin bəzi detalları məlum olub.

Bu barədə İnterpress.az-a intihar edən 16 yaşlı şagirdin təhsil aldığı Babı kənd tam orta məktəbin direktoru Ülkər Bağırova məlumat verib.

Məktəbin direktoru bildirib ki, 2002-ci il təvəllüdlü Abuzər Qasımov evlərinin arxasından keçən çayın kənarındakı palıd ağacından özünü kəndirlə asaraq intihar edib: \”Həmin günü bayram günü idi, başımız qarışmışdı. Həm də ki, dərs ili də yekunlaşıb artıq. Amma balaca kənddir də, hamı bir-birini tanıyır, görür. Bu uşağı da həmin günü tədbirə gedərkən görmüşdüm. Elə həmin günün axşamı xəbər çıxdı ki, bəs, uşaq intihar edib\”.

Ü.Bağırova qeyd edib ki, intihar edən Abuzərin ailəsinin sosial durumu çox acınacaqlı olub: \”Savadlı şagird idi, zehni güclülüyü var idi. Oxusaydı, davam etsəydi, isdedalı insan olacaqdı. Amma onların ailəsinin maddi imkanı o qədər zəif idi ki, Abuzər də bəzən dərsə gecikirdi, ya gəlmirdi, icazə alırdı. Səbəbini soruşduqda isə uşaq utanırdı deməyə. Bir dəfə maraqlandıq ki, onun valideynləri bir fermerin qoyunları üçün çobanlıq edir. Növbəli olaraq, günortaya qədər Abuzərin atası, günortadan sonra isə Abuzər özü qoyunları otlaq sahələrinə aparırmış. Ona görə də, dərsə bəzən gecikir, bəzən də heç gəlmirmiş. Çox pis vəziyyətdə yaşayırdılar. Həddindən artıq sosial imkanları zəif idi\”.

\”Amma o qədər tərbiyəli uşaq idi ki, hamımız onu öz balamız kimi çox istəyirdik. Yol ilə gedərkən əlində ağır çanta olan kimisə görərdisə, dərhal gedib həmin adama çantaları daşımaqda kömək edərdi\” – deyə, Babı kənd tam orta məktəbin direktoru Ülkər Bağırova deyib.

Qeyd edək ki, intihar hadisəsi iyunun 26-da baş verib. Hazırda faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Səid Qərib
İnterpress.az