Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu \”Erzgebirge” komandası yoxlama oyunu keçirib.
İnterpress.az xəbər verir ki, Aue təmsilçisi \”Limbax-Oberfrona\” ilə qarşılaşıb. Matç \”Erzgebirge”nin 17:0 hesablı qələbəsi ilə başa çatıb.
D.Nazarov 90 dəqiqə meydanda olub və komandasının 3 qolunun müəllfi olub.
İnterpress.az