Hacı Nuran məsələ ilə bağlı İnstaqram səhifəsində paylaşım edib. O, “Uzun sürən xəstəlikdən sonra, Hacı Nuran dünyasını dəyişdi” paylaşımını edərək, onu yayanları qınayıb:
“Hələ sağam, ölməmişəm. Bunu kim yayıb?”.
Qeyd edək ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən aparıcının bu günlərdə halı yenidən pisləşib. Ağciyərində şiş tapılan Hacı Nuran müalicə üçün Almaniyaya yollanıb. O, hazırda Almaniyada klinikada müalicəsini davam etdirir.
İnterpress.az