İraqda 12 İŞİD-çi edam edildibackend

İraqda 12 İŞİD-çi edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə İraq baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İraq Müdafiə Nazirliyinin çərşənbə günü yaydığı açıqlamada İŞİD tərəfindən qaçırılan 8 iraqlının ölkənin şimalında yerləşən Səlahəddin vilayətində edam edildiyi bildirilmiş, buna cavab olaraq da baş nazir barələrində ölüm hökmü çıxarılan İŞİD-çilərin edam olunması üçün tapşırıq vermişdi.

Xatırladaq ki, İŞİD iyunun 17-də Kərkük-Bağdad yolundan qaçırdığı şəxslərin görüntülərini yayımlamlayaraq, İraq həbsxanalarındakı qadın militanların sərbəst buraxılmaları qarşılığında girovların azad ediləcəyini açıqlamış və bunun üçün hökumətə vaxt vermişdi.

İnterpress.az