Ucarda ilanlar evi “zəbt etdi”: Ailə evdən çıxmalı oldu – VİDEObackend

Ucarda ilanlar evi “zəbt etdi”: Ailə evdən çıxmalı oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ev sahibləri ilanların qorxusundan qonşuluqda qalmağa məcbur olublar. Hətta gündüz saatlarında da evə daxil ola bilmirlər.

İnterpress.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Ucarın Qəzyan kənində Sevinc Rəhimovaya məxsus evdə baş verib.

Ev sakinləri artıq beş gündür ki, evlərində qala bilmirlər.

Elə buna görə də sakinlər evdəki əşyaları çölə çıxarıb, özləri isə evə girmirlər.

Sevinc Rəhimovanın sözlərinə görə, dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəyə müraciət etsələr də, heç bir nəticə olmayıb. Hazırda dörd nəfərdən ibarət olan ailə onlara ediləcək köməkliyi və yaşadıqları evə geri dönməyi gözləyirlər.

İnterpress.az