Devlet Bahçeliden şok açıqlama: “Edam olunsun”backend

Devlet Bahçeliden şok açıqlama: “Edam olunsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Uşaqlar mütəmadi olaraq qətlə yetirilirsə, daimi olaraq zorakılığa və təcavüzə məruz qalırsa, deməli, bu, artıq sözün bitdiyi yerdir. Gəlin birlikdə düşünək ki, bir uşağı qətlə yetirən, ona zülm edən, amansızcasına, vəhşicəsinə işgəncələrə məruz qoyan barbarların yaşamaq haqqı varmı?\”.

İnterpress.az xəbər verir ki, bu sualla Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr Devlet Bahçeli şəxsi \”Twitter\” hesabında çıxış edib.

O, uşaqların qətlə yetirilməsi ilə bağlı şok açıqlamalar da verib: \”Günahsız, məsum uşaqları qətlə yetirənləri edam etmək belə onlar üçün az cəzadır. Yenə dəd eyirəm, hər bir uşaq qatili sürünüərək yaşamalıdır. Onlar xaindir və qorxaqdırlar. Belələrinə elə bir cəza verməliyik ki, əzabı bütün qatil nəsillərini yandırsın. Sağlam mübarizə aparmaq lazımdır, daha uşaqları qətlə yetirməklə deyil. Onlar buan görə də, cəzaları nədirsə onu da mütləq alacaqlar\”.

Qeyd edək ki, Polatlıda bir müddətdir itkin düşən 8 yaşlı Leylanın cəsədi tapılıb. Cəsədin üzərində zorakılıq və təcavüz əlamətləri olduğu müəyyən edilib. Azyaşlının oğurlandığı və amansızcasına qətlə yetirildiyi bildirilir.

İnterpress.az