Dünən Malakan bağında keçirilən konsertdə incəsənət və media nümayəndələri iştirak edib.
Tədbirin aparıcıları Zümrüd Bədəlova və Arzu Həmzəyeva olub. Konsertə Günay İbrahimli, Roza Zərgərli, Sevil-Sevinc Səfərova bacıları, Emil Bədəlov, skripkaçı Səlim, Rahidə Baxışova, Samirə Əfəndi və başqaları çıxış edib. Tədbirdə ümumilikdə 5 min manata yaxın pul yığılaraq M. Nuriyevin ailəsinə verilib.
Ruhi Əliyevanın təşəbbüsü ilə baş tutan xeyriyyə konsertində “Liatris” Holdinqin tərkibinə daxil olan ” xəbər portalının açılışı da elan olunub. Qeyd edək ki, adıçəkilən holdinqin rəhbəri Ruhi Əliyevadır. “News24.az” xəbər portalının redaktoru tanınmış jurnalist Türkan Məmmədli təyin olunub. (publika.az)
İnterpress.az