Fransa Argentinanı Dünya Çempionatından kənarlaşdırdıbackend

Fransa Argentinanı Dünya Çempionatından kənarlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, \”Kazan Arena\”da keçirilən oyunda mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gəlib. Oyunda hesabı fransızlar açıb. Antuan Qrizmann 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb.

İlk hissənin başa çatmasına 4 dəqiqə qalmış isə Anhel Di Mariya gözəl qolla hesabı bərabərləşdirib.

İkinci hissədə ilk qol Argentinadan gəlib. 48-ci dəqiqədə Messinin ötürməsindən sonra Merkado ikinci qolu vuraraq Argentinanı hesabda önə keçirib.

Bunun ardınca isə Fransa 3 dəfə rəqibini meydanın mərkəzinə dəvət edib. 57-ci dəqiqədə Pavar, 63 və 68-ci dəqiqədə isə Mbappe Fransaya qol sevinci yaşadıb.

90+3-cü dəqiqədə Aqueronun vurduğu qol isə Argentina üçün təsəllidən başqa bir şey olmayıb.

Beləliklə, 1/8 finalın ilk oyununda Argentinanı 4:3 hesabı ilə məğlub edən Fransa 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, günün ikinci oyununda Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq.

İnterpress.az