İnterpress.az “Report”a istinadən xəbər verir ki, Şəmkirdən Bakı istiqamətində hərəkətdə olan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib.
Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.
Qəza nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub. Ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.
Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Yaralılardan adları məlum olanlar isə bunlardır:
Əhmədova Səfa Nizami qızı
Əliyev Cavidan Əliyar oğlu
Əliyev Əliyar İlyas oğlu
İmanova Tamilə Nəsir qızı
Həsənova Validə Namiq qızı
İnterpress.az