Cərimə meydançasında 51 avtomobilin yanmasının təfərrüatları məlum olub.
Söhbət ötən gün paytaxtın Nizami rayonu ərazisindəki Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasındakı yanğın hadisəsindən gedir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, yanğına müvəqqəti duracağa yaxın ərazidəki məişət tullantılarının yandırılması səbəb olub.
Bölmə rəisi onu da qeyd etdi ki, hazırda həmin avtomobillərin kimlərə məxsus olması və sahiblərinə məlumat verilməsi ilə bağlı işlər aparılır.Vətəndaşlara dəymiş ziyanın ödənilməsinə gəldikdə isə Vaqif Əsədov bildirdi ki, hələlik bununla bağlı onlara müraciət daxil olmayıb. Olarsa bu araşdırılacaq və ziyan ödəniləcək.
Qeyd edək ki, ötən il yol polisi tək Bakı şəhəri üzrə dayanacaqda yararsız halda qalan 600-dən çox avtomobili sahibinə qaytarıb. İmtina edənlərin isə avtomobili çıxdaş olunub. (minval.info)
İnterpress.azhttps://youtube.com/watch?v=UsASAGKFhxM