Şabranda meşə sahəsində güclü yanğınbackend

Şabranda meşə sahəsində güclü yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.

İnterpress.az