DÇ 2018: Xorvatiya 1/4 finala çıxıbbackend

DÇ 2018: Xorvatiya 1/4 finala çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qrup mərhələsində Argentinanın qapısından 3 cavasız top keçirən və maksimum xal toplayaraq 1/8 finala yüksələn xorvatlar cütün favoriti hesab olunsalar da, Danimarka artıq ilk dəqiqədə hesabı açıb. Cəmi 3 dəqiqə sonra Xorvatiya hesabı bərabərləşdirib.

Matçın qalan dəqiqələrində, eləcə də əlavə olunmuş yarım saatda qalib aşkarlanmayıb. Penatilər seriyasında daha dəqiq oynayan xorvatlar 1/4 finalda Rusiyaya rəqib olublar.

Xorvatiya – Danimarka – 1:1 (Penaltilər seriyasında – 3:2)
Qollar: M. Yorgensen, 2 (0:1), Mario Mancukiç, 4 (1:1)
Qaçırılan penalti: Modriç, 117 (Xorvatiya)
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion. /Qol.az/

İnterpress.az