Türkiyədə oğlan evinin aldığı qızıl zinət əşyalarının gəlinin ailəsi tərəfindən mənimsənilməsi toy günündə davaya çevrilib.
İnterpress.az xəbər verir ki, hadisə Türkiyənin Çanaqqala bölgəsində baş verib. Belə ki, toy günü şadlıq sarayında oğlan evinin gəlin üçün hədiyyə verdiyi qızıl zinət əşyaları gəlinin ailəsi tərəfindən mənimsənilib.
Gəlinin valdieynləri qızılların gəlinə məxsus deyil, onlara aid olduğunu bildirərək həmin zinət əşyalarını toydan sonra özləri üçün aparacaqlarını bildiriblər. Hadisə də bundan sonra baş verib.
Toy mərasimi zamanı qohumlar arasında baş verən davada bəy və gəlin ciddi xəsarət alıb. Belə ki, gəlin bəyin atası tərəfindən döyülüb. Onun xəsarətləri ciddi olduğundan xəstəxanaya yerləşdirilib.
İnterpress.az