İŞİD vəhşiliyinin şahidləri: “Evli qadınları ərlərindən ayırdılar”backend

İŞİD vəhşiliyinin şahidləri: “Evli qadınları ərlərindən ayırdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yezidilər uşaqlarının öldürüldüyünü, ailələrindən qoparıldıqlarını, sağlamlıqlarını itirdiklərini deyiblər.

Bir neçə gün əvvəl Kərkük şəhərinin cənubunda azad olunan 198 yezidinin böyük əksəriyyətinin yaşlılar olduğu diqqət çəkib. Bəziləri birbaşa işgəncə görməslər də aclıq, səfalət və xəstəliklərdən çox əziyyət çəkdiklərini bildiriblər.

İraqın Şenqal rayonunun Koço kəndində avqust ayında girov götürülən 60 yaşlı Bezar Helef gözünün özündə 23 yaşlı oğlunun öldürüldüyünü deyib: “Mənə dünyanın ən böyük faciəsini yaşatdılar. Heç bir günahı olmayan gənc oğlumu gözümün önündə öldürdülər. Daha sonra məni yanımdakılarla birlikdə əsir alaraq əvvəlcə Telaferə, sonra da Mosula apardılar. Saatlarla yol getdiyimiz üçün əldən düşmüşdük. Mosulda olanda gözlərim ağrımağa başladı. Müalicə olunmadığım üçün sol gözümü itirdim. Ciyərimi kəsib götürdülər, iki oğlum da Mosulda həbsdə saxlanılır. Onların aqibətimdən xəbərim yoxdur. Azad olunmağıma sevinmədim. Bir oğlu ölən, iki oğlu da ölən ana necə sevinər?”

Helefin sözlərinə görə, sərbəst buraxılanlar İŞİD-in işinə yaramayan yaşlı və xəstə insanlardır: “Gənc qız və oğlanlar hələ də onların əllərindədir. Onlara nə edildiyini bilmirik”.

Ailəsiylə birgə Moslun Şenqal dağına qaçarkən İŞİD-in əlinə keçən 60 yaşlı Kinne Qasım da əri və oğlundan xəbər almadığı üçün qurtulduğuna sevinmədiyini söyləyib: “Aramızda bəziləri dedilər ki, ağ bayraq qaldırsaq bizə heç bir şey etməyəcəklər. Bundan sonra ağ parça salladıq. Amma silahlılar bizi mühasirəyə alıb kişilərin hamısını bizdən ayırdılar. Kişiləri hara apardıqlarını bilmirik. Bizi sonra Telaferə və Mosula apardılar. Daim yerimizi dəyişdirdilər. Qız və gəlinlərimizi də başqa yerlərə göndərdilər. Sadəcə xəstə və yaşlıları buraxdılar”.

Ayaqlarındakı problemlərə görə yeriyə bilməyən 80 yaşındakı Helef Ebdo İŞİD-ın əlində hələ də minlərlə yezidinin olduğuna diqqət çəkib: “Bizə zərər vermədilər. Ancaq qızlarımızı ayırmaları bizi dərindən yaraladı. Gənc qızlara çox pis şeylər etdilər. Kimsəyə zərəri olmayan bu insanlardan nə istəyirlər? Başqalarını öldürdüklərini görük, insanların başlarını kəsirdilər. Çox böyük zülmlər edildi. Bizi azad edəndə gəncləri buraxmayacaqlarını dedilər. İşlərinə yaramayan mənim kimi yaşlı və xəstələri buraxdılar”.

Ebdonun sözlərinə görə, İŞİD silahlıları ev-ev gəzərək gözəl və gənc qızları toplayıb: “Bəyənmədiklərini götürmürdülər. Hətta bir axşam 500 qadını apardılar. Evli və gənc qadınları da ərlərindən alıb aparırdılar. Ömrümüz boyu belə şey görmədik”.

İnterpress.az