İnterpress.az xəbər verir ki, yəhudi əsilli amerikalı politoloq Norman Finkelstein 7 yanvarda Fransanın paytaxtı Parisdə hücuma məruz qalan \”Şarli Hebdo\” satirik jurnalını tənqid edib. Norman satirik jurnalın karikaturalarını tənqid edərək deyib: \”Karikaturalarda gülməli heç nə yoxdur. Əgər bu gülməlidirsə, o zaman yəhudilərin də çəngəl burun və yekə dodaq karikaturaları da məzəli olar. Satirika ilə vəhşilik arasında böyük fərq var. Bu satirika deyil, vəhşilikdir\”.
Norman Finkelstein karikaturaçıların və ümumiyyətlə insanların öldürülməsinin tərəfdarı olmadığını, ancaq bu məsələdə \”Şarli Hebdo\”nun da günahkar olduğunu bildirib.
İnterpress.az