İran terrorunu araşdıran prokuror evində ölü tapıldıbackend

İran terrorunu araşdıran prokuror evində ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, güllələnərək öldürülən prokuror ötən həftə mətbuat konfransı keçirərək ilginc açıqlamalarla çıxış etmişdi. Prokuror bildirmişdi ki, Argentinanın prezidenti və xarici işlər naziri İranla gizli anlaşmaya gedib. Anlaşmaya əsasən, İranın həmin terror hadisəsində əli olması ilə bağlı dəlillər yox ediləcək, əvəzində isə Argentinaya İrandan neft veriləcək.

Bu fikirləri ilə bütün ölkənin diqqətini cəlb edən prokuror Nisman parlamentdə millət vəkilləri qarşısında çıxış etməyə hazırlaşdığı bir zamanda öldürülüb.
Həmin çıxışında o, sözügedən terror hadisəsinin araşdırılması ilə bağlı bir çox detalları açıqlamalı idi.

Xatırladaq ki, 84 nəfərin ölümü ilə nəticələnən teraktda İranın keçmiş prezidenti Həşimi Rəfsancani, həmin vaxt xüsusi xidmət orqanlarında çalışan Mahmud Əhmədinejat və digərlərini əli olduğu bildirilir. Həmin şəxslərin İnterpol vasitəsilə axtarışa verilməsi də gündəmə gəlmişdi.

İnterpress.az