“ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməz olaraq qalır”backend

“ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməz olaraq qalır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan son vaxtlar Azərbaycanda ABŞ-ın ünvanına səslənən tənqidlərə münasibət bildirərkən deyib.

Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan bir çox sahələrdə birgə fəaliyyəti və əməkdaşlığı davam etdirməyə hazırdır: “Ölkələrimiz bir sıra ikitərəfli əhəmiyyət kəsb edən sahələrdə, o cümlədən regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli, eyni zamanda terrorizmlə mübarizə, iqtisadi inkişaf sahəsində əməkdaşlıq edir. Biz iqtisadiyyatın diversifikasiyası və inkişafı sahələrində də Azərbaycanla əməkdaşlıq edirik. Digər istiqamət Azərbaycanda demokratiya sahəsidir ki, biz bu sahədə Azərbaycanla və cəmiyyətlə öz işimizi davam etdirəcəyik”.

D. Hoqanın sözlərinə görə, ikitərəfli münasibətlərin müəyyən sahələrində fikir ayrılıqları ola bilir: “Həmin sahələrdə irəliləyişin əldə edilməsi üçün birgə iş tələb olunur və biz Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq”. ( apa )

İnterpress.az